Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.
7NEWS.Az xəbər verir ki, bu barədə dövlət başçısı özü bildirib.
O, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında səsləndirilən bəyanatlarla əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırdığını vurğulayıb.
Qeyd edək ki, bu gün Putin Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasını keçirib. Dövlət başçısı iclas iştirakçılarının məruzələrini dinlədikdən sonra bazar ertəsi qərar verəcəyini bildirib. Rusiya Prezidenti Vladimir Putin bu gün televiziya vasitəsilə xalqa müraciət edəcək.
7NEWS.Az







