Ukrayna prezidenti Volodimir Zelenski canlı yayımla Böyük Britaniyanın parlamentində çıxış edib.
Ukrayna lideri bildirib ki, Ukraynaya hərbi müdaxiləsi nəticəsində Rusiya ordusu 11 mindən çox hərbçisini itirib, onlardan biri də generaldır:
"Dinc sakinlərin ərzaq ehtiyaclarına çıxışı məhdudlaşdırlır. Nəticədə insanlar arasında təşviş yaranır. 13 gün boyunca sussuz və ac qalan insanları düşünün. Ukraynada 50-dən çox uşaq həyatını itirib. Onlar gəlib uşaqlarımızı bizdən aldılar”.
Ukrayna prezidenti bildirib ki, ölkəsi dünyanın ən böyük ordusuna qarşı mübarizə aparır:
"Biz raketlərlə və helikopterlərə döyüşürük. 13-cü gün, 14-cü gün və 15 ci gün gəlincə bu davam edəcək mi? Biz Ukrayna xalqı olaraq mübarizəmizi sonuna qədər davam etdirəyəcəyik”.
V. Zelenski Böyük Britaniyadan kömək istəyib: "Britaniyanın baş naziri Boris Consona təşəkkür edirəm. Sizdən xahiş edirəm təzyiqinizi artırın. Rusiyanı terrorçu ölkə kimi tanıyın”./report








