Rusiya hərbi qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını (AES) ələ keçirməyə çalışır.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.
"Rusiya işğalçı qüvvələri Çernobıl AES-i ələ keçirməyə çalışır. Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verirlər. Bu barədə İsveç Baş nazirinə məlumat vermişəm. Bu, bütün Avropaya qarşı müharibə elanıdır”, - Zelenski qeyd edib.
7NEWS.Az








