RU
Zelenski Rusiyanın hücumlarından danışıb: Moskva Yaxın Şərqdəki müharibədən istifadə etməyə çalışacaq
12:30
21

Zelenski Rusiyanın hücumlarından danışıb: Moskva Yaxın Şərqdəki müharibədən istifadə etməyə çalışacaq

Ukraynanın bir sıra bölgələrində Rusiyanın kütləvi hücumlarının nəticələrinin aradan qaldırılması davam edir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya üçün əsas məqsəd Kiyev vilayətinin enerji infrastrukturu olub, lakin mülki müəssisələrə, o cümlədən yaşayış binalarına ziyan dəyib.

Zelenski hazırda dörd nəfərin öldüyünün məlum olduğunu diqqətə çatdırıb: "Çox sayda yaralı var və insanlar hələ də tibb işçilərinə müraciət edirlər”.

Zelenski qeyd edib ki, Rusiya son sutkada 430-a yaxın müxtəlif növ dron və 13-ü ballistik olmaqla 68 raketlə Ukraynaya hücum edib, onlardan 58-i Ukrayna Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulub.

Ukrayna lideri vurğulayıb ki, "Rusiya Yaxın Şərqdəki müharibədən Ukraynanı daha da məhv etmək üçün istifadə etməyə çalışacaq, buna görə də real təhlükə səviyyəsini nəzərə almaq və buna uyğun olaraq hazırlaşmaq lazımdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ