Avqustun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Şurasının iclasını keçirib.
Bunu dövlət başçısı teleqramda yazıb.
V. Zelenski bildirib ki, toplantıda xüsusi diqqət tələb edən bir çox məsələlər müzakirə olunub: "Biz yüksək dəqiqlikli silahların istifadəsindən danışdıq. İndi detalları səsləndirməyin vaxtı deyil. Amma nəticələrdən razıyam”.
Prezident qeyd edib ki, həmçinin "Taxıl sazişi”nin gələcək perspektivi müzakirə olunub: "Biz dünya qarşısında məsuliyyəti dərk edirik. Hərbi sənayenin inkişafı da diqqətimizdə oldu”.
İclasda nazirlər və generallar iştirak edib.








