RU
Zelenski: “Xersonun bir neçə yaşayış məntəqəsi azad edilib”
13:10
102

Zelenski: “Xersonun bir neçə yaşayış məntəqəsi azad edilib”

Ukraynanın Xerson vilayətinin üç kəndi - Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka Rusiya hərbçilərindən azad edilib.

7News.Az "RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Təkcə bu günlərdə Xerson vilayətində Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka kimi yaşayış məntəqələri psevdoreferendumdan azad edilib və sabitləşdirilib", - Prezident deyib.

Zelenski bildirib ki, ordunun irəliləyişi davam edir. O, həmçinin İranın 6 pilotsuz təyyarəsini vurmağa nail olan Ukrayna Hərbi Hava Qüvvələrinin döyüşçülərinin qəhrəmanlığını qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ