RU
Zəlzələ baş verən ərazidə Azərbaycan vətəndaşı yoxdur
10:36
1094

Zəlzələ baş verən ərazidə Azərbaycan vətəndaşı yoxdur

“Yaponiyanın Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”.
 
Bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin “Twitter” səhifəsində məlumat verilib.
 
“Azərbaycan vətəndaşlarının nəzərinə! Kumamoto prefekturasında baş vermiş zəlzələlərlə əlaqədar əraziyə səfər etməyin. Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin məlumatına görə, Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”, - deyə açıqlamada bildirilir.
 
Qeyd edək ki, Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 25-ə çatıb, 900-dən çox insan xəstəxanalara yerləşdirilib, dağıntılar var./apa


7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ