7NEWS.az xəbər verir ki, avstraliyalı astronom Frank Huqerbets öz Twitter hesabında İstanbul zəlzələsi ilə bağlı təəccüblü açıqlama verib. Türkiyənin qərbində baş verən 6,2 bal gücündə zəlzələ Mərmərə dənizində 12 km dərinlikdə baş verib. Bu bölgə 1509-cu ildə İstanbulun şərqində baş verən 7,2 bal gücündə zəlzələ və 1766-cı ildə İstanbulun qərbində baş vermiş 7,6 bal gücündə zəlzələ kimi 7,0-7,6 bal gücündə zəlzələlər törətmək potensialına malikdir. Bugünkü zəlzələ güclü idi və davamlı təkanlar da mümkündür.








