
BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, Türkiyə Dövlət Dəmiryolları vaqonları evsiz qalan insanların istifadəsinə verib.

Bundan başqa, Dövlət Dəmiryolları personalının istifadəsi üçün hazırlanan 10 vaqonlu qatar da "Mithatpaşa" stansiyasından Elazığa göndərilib.

Evi xatırladan və iki ailənin rahatlıqla yaşaya biləcəyi vaqonlarda yataq otağı, divan dəsti, paltar şkafı, mətbəx, soyuducu, soba, yemək masası, paltaryuyan və qabyuyan maşın, kondisioner, televizor, tualet və vanna otağı var.












7News.Az








