RU
Zəlzələdə 60 nəfəri xilas edən şəxs faciəvi şəkildə öldü
14:20
322

Zəlzələdə 60 nəfəri xilas edən şəxs faciəvi şəkildə öldü

Zəlzələdə 60 nəfəri xilas edən şəxs faciəvi şəkildə ölüb.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepin İslahiye bölgəsində baş verən zəlzələdən sonra 6 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan Burhan Polat uşaqlarının sağ-salamat olduğunu öyrənəndən sonra binadakıların köməyinə qaçıb.
 
Yaşadığı 6 mərtəbəli binada evlərində qapalı qalan 60-a yaxın adamı xilas edən Burhan Polat binadan çıxdıqdan sonra  dayısı Cəfər Dəmiri binadan çıxaran zaman 3-cü mərtəbənin divarı onun üstünə uçub.

 
Dağıntılar altında qalan Polat aparıldığı xəstəxanada dünyasını dəyişib.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ