RU
Zəlzələdə dağılan ev Kamal Sunalın deyilmiş
14:10
363

Zəlzələdə dağılan ev Kamal Sunalın deyilmiş

Elazığda baş verən və 41 nəfərin ölümünə səbəb olan 6,8 ballıq zəlzələdə mərhum aktyor Kamal Sunalın da evinin dağılması xəbərləri təsdiqini tapmayıb.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aktyorun xanımı Gül Sunal məlumat yayıb. O, dağılan evin aktyorla heç bir əlaqəsi olmadığını bildirib:

""Kamal Sunalın doğulduğu ev dağıldı" başlıqlı xəbərlər yayıldı. Tamamilə yanlış informasiyadır. Kamal Sunal Küçükpazarda doğulub. Zəlzələdə dağıldığı deyilən evlə əlaqəsi yoxdur. Zəlzələdə ölənlərə rəhmət, yaralananlara şəfa diləyirəm".

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ