Türkiyədə zəlzələdən sağ çıxmış yeniyetmə dağıntılar altında video çəkib.
"Haber Global” məlumat verir ki, 15 yaşlı Günay Özışık xilas edilməsini gözlədiyi müddətdə baş verənləri lentə alıb.
Onuncu sinif şagirdi olan Özışık dağıntılar altından 10 saat sonra çıxarılıb. O, xəstəxanada müalicə alır.
Videoda Özışıkın ürək titrədən səsi var:
"Məni də xilas edin”:








