RU
Zəlzələdə ölənlərin sayı artır
00:30
302

Zəlzələdə ölənlərin sayı artır

Tayvanda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Hadisə nəticəsində 150-dən çox insanın itkin düşüb.

ABŞ geoloji xidmətinin məlumatına görə, 6,4 bal gücündə təkanlar ölkənin cənubunda qeydə alınıb. Zəlzələ ocağı on kilometr dərinlikdə yerləşib. Təbii fəlakətdən ən çox Taynan şəhərinin zərər çəkdiyi bildirilir.

Zəlzələ nəticəsində bir çox bina dağılıb.

Qeyd edək ki, 1999-cu ildə baş verən 7,6 ballıq zəlzələ ada tarixində ən güclüsü olub və nəticədə 3 minə yaxın insan vəfat edib./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ