Milyard dollarlıq korrupsiyada günahlandırılan və edama məhkum edilən məşhur milyarder Babək Zəncani mənimsədiyi pulları geri ödəyərsə, cəzası endiriləcək.
Bunu Tehranın baş prokuroru Abbas Cəfəri Devletabadi deyib.
O bildirib ki, edam cəzası ilə təqsirləndirilən Zəncani üçün qurtuluş yolları hələ də mövcuddur:
"Zəncaninin mühakimə olunmasında prioritetli məqsəd mənimsədiyi malları qaytarmasıdır”.
Dövlətin 2,8 milyard dollarını mənimsəməkdə günahlandırılan Zəncani dekabrın 3-də həbs olunub. Keçən şənbə Zəncani haqqında verilən edam qərarı İran Yüksək Məhkəməsi tərəfindən təsdiqlənib.//Publika.az
7News.az








