Göyçayda avtomobil qəzası baş verib.
7News.az bildirir ki, hadisə Göyçayın Potu kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 1979-cu il təvəllüdlü Həşimov Səbuhi Robil oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən qarşısında hərəkətdə olan, 1978-ci il təvəllüdlü Sadıqov Vüqar Ağahəsən oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə, sonra isə 1980-ci il təvəllüdlü Veysəlov Eldəniz Şuşin oğlunun idarə etdiyi "VAZ 2109" markalı minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində hər üç avtomobilin sürücüsü yüngül xəsarət alıb. Hadisə yerinə gələn Göyçay Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası onlara ilkin tibbi yardım göstərib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /apa
7News.az








