RU
Zəncirvari qəza anbaan kameraya düşdü - VİDEO
13:50
435

Zəncirvari qəza anbaan kameraya düşdü - VİDEO

Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib.

ARB TV xəbər verir ki, qəzanın görüntüləri yol kənarında yerləşən dükanın müşahidə kameralarına anbaan düşüb.
Bakı istiqamətində hərəkətdə olan "NAZ-Lifan" markalı avtomobilin sürücüsü Biləsuvar rayon sakini 49 yaşlı Mirzə Məmmədov idarəetməni itirərək nəqliyyat vasitəsini yolun solunda yerləşən dükanın qarşısında olan  3 avtomobilə çırpıb. 

Hərəkətsiz olan iki "VAZ-2106" və bir "VAZ 2107" markalı üç maşın yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən, avtomobillərdə sərnişin olmadığından xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

7News.az

Zəncirvari qəza anbaan kameraya düşdü

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ