RU
14:10
406

"Zəngəzur dəhlizi şübhəsiz ki açılacaq"

Azərbaycanın geosiyasi iradəsi və strateji təşəbbüsü nəticəsində yaradılacaq Zəngəzur dəhlizi Cənubi Qafqzın yeni simada dünyaya açılmasına imkan verəcək.

7News.Az Trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" elmi-praktik konfransında çıxışı zamanı deyib.

Onun sözlırinə görə, dəhlizin reallaşması təkcə regionumuza deyil, Asiyadan Avropaya doğru geniş coğrafi məkanda, həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar kontekstdə əlaqələrin güclənməsinə töhfə verə biləcək.

"Azərbaycan kommunikasiyaların bərpası ilə bağlı prinsipial mövqe ortaya qoyub. Şübhəsiz ki, bu dəhliz açılacaq. Həm ölkəmiz, həm də digər region ölkələri və regiondankənar ölkələr yeni əməkdaşlıq platformasından faydalana biləcəklər".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ