RU
Zərdab icra başçısı:
14:20
11640

Zərdab icra başçısı:

Bir neçə gün öncə sosial şəbəkədə 6 aprel tarixində şəhid olmuş Zərdab rayon Dəkkə kənd sakini Nurlan Babazadənin məzarı yanında dirəkdən asılmış Azərbaycan bayrağının götürülməsi geniş müzakirələrə səbəb olub.

Şəhidin anası bildirib ki, Nurlan həmişə Mübarizin adını çəkib. Həmişə deyirdi ki, Mübarizin şəhidliyi mənə də qismət olacaq: "O torpaq uğrunda şəhid olub. Mən də onunla təskinlik alırdım".

R.Abdullayev deyir ki, icra nümayəndələri onun həyətinə polis göndəriblər və bayraqla, plakatın götürülməsini istəyiblər. 

Bayrağı sökən icra hakimiyyəti əməkdaşları onu şəhid atası Rasim Abdullayevin üstünə ataraq "bunu buradan götür" deyə hörmətsizlik edib və məzara bir daha bayraq asılmamasını tapşırıblar. Şəhid atası Rasim Abdullayev isə məsələyə öz etirazını bildirərək oğlunun Vətən və bu bayrağın dalğalanması üçün şəhid olduğunu, həmçinin özünün və yoldaşının bu bayraqdan təsəlli aldığını bildirib.

Hadisədən bir gün sonra rayon Əlillər Cəmiyyətinin sədri Neman Yediyarov və rayon polis idarəsinin rəis müavini ilə şəhid ailəsinin yaşadığı ünvana yollanıb. Şəhidin evinə gələn şəxslər burada Nurlan Abdullazadənin valideynlərinə qəbiristanlıqdakı bayrağı bir daha oraya asmamaları və girişdə quraşdırdıqları Nurlanın şəklini əks etdirən plakatı sökmələri üçün onlara təzyiqlər ediblər.

"Mənim işimlə bağlı məni niyə sorğu-sual edirsiniz ki? Prokuror- zadsız... Bayrağı harada gəldi, özü də qəbiristanlıqda asmırlar. Həmin bayrağı və plakatı mən sökdürmüşəm".

Bu sözləri icra başçısı Lütvəli Babayev söyləyib.

İcra başçısı də şəhidin valideyinləri barəsində tənqid səsləndirib: "Daha nə istəyirlər?  Nə lazımdırsa, o, ailə üçün edilib. Amma gedib hay-küy salırlar..."./gununsesi.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ