RU
Zərdab icra başçısı Jalə Əliyevaya qarşı savaşa başladı
18:00
5725

Zərdab icra başçısı Jalə Əliyevaya qarşı savaşa başladı

Milli Məclisin bitərəf deputatı Jalə Əliyeva noyabrın 1-ə təyin olunan növbəti parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürəcəyi ilə bağlı açıqlama verib.

Xanım millət vəkili bildirib ki, 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyini irəli sürəcək: “Hazırda sənədlərimi hazırlayıram. Yəqin ki, yaxın günlərdə sənədlərim seçki dairəsinə təqdim olunacaq”.

J.Əliyeva təmsil olunduğu dairədən YAP-ın namizəd irəli sürməsi məsələsinə də toxunub: "Bu seçkidir, burada kimin seçilib-seçilməməsini seçici həll edir. Nəticə necə olacaqsa, bu, seçki günü bəlli olacaq. İnşallah nəticə seçki günü bilinəcək”.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 92 saylı Zərdab-Ucar seçki dairəsindən Gülağa İsgəndərovun namizədliyini irəli sürüb. Bundan başqa xanım millət vəkilinin seçkilərdə qalib gəlmə imkanları “dalana” dirənə bilər. Buna səbəb isə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevlə ciddi-çəkişmədə olmasıdır.

Millət vəkili ilə icra başısı arasındakı gərginlik o həddədir ki, xanım millət vəkilinin Zərdaba  sonuncu dəfə nə zaman səfər etdiyini seçiciləri belə unudub.

Zərdabdakı mənbələrin sözlərinə görə, Lütvəli Babayev xanım millət vəkilinin təmsil olunduğu klanda  yer almadığından davamlı olaraq  Jalə Əliyeva ilə konfilikt yaşamaqdadır. Hətta bir neçə il əvvəl Zərdaba qonuşu olan rayonlardan birinin icra başçısı Lütvəli Babayevə Jalə Əliyevaya qarşı tutmuş olduğu münasibətin təmsil olunduqları klanın xoşuna gəlmədiyi və belə davam edəcəyi təqdirdə Zərdabdan onun göndərilə biləcəyi xəbərdarlığı etdiyi də gələn xəbərlər sırasındadır. Yəni xanım millət vəkili 1 noyabırda Zərdabda yüksək səs toplamaq istəyirsə, o zaman Lütvəli Babayevlə ilkin olaraq anlaşmalıdır. Əks təqdirdə Jalə Əliyevaya Zərdab əhalisinin səs verməsi real görünmür. Çünki, Lütvəli Babayev kürəyini dayadığı kana güvənərək Jalə Əliyevayanın təmsil olunduğu klana qarşı savaşacaq. /publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ