Zərdaba 10 gündür gəlin gələn qadının halı qəfil pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Təzə gəlin müəmmalı şəkildə dünyasını dəyişib.
Hadisə ötən gün axşam saatlarında Zərdabda baş verib. Ağsu rayonundan 10 gündür Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 26 yaşlı Pərvanə Zərbəliyeva həyat yoldaşına ağrılarının olduğunu deyib.
Gəlinin qayınatası Məcid Sarıyev deyir ki, xəstə dərhal xəstəxanaya aparılıb.
Ölənin yaxınları iddia edirlər ki, Pərvanə Zərbəliyeva ağır vəziyyətdə olmayıb, onun halı iynə vurulduqdan sonra pisləşib. Xəstəxanadan verilən məlumata görə isə, qadın xəstəxanaya şok vəziyyətdə daxil olub.
Yaxınları xəstəni şəxsi avtomobilləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparıblar. Ancaq Ucara çatmamış xəstə yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır./xəzər xəbər
7news.Az








