RU
Zərifdən ABŞ-sa SƏRT MESAJ: “Təhdidlər, sanksiyalar və...”
11:00
286

Zərifdən ABŞ-sa SƏRT MESAJ: “Təhdidlər, sanksiyalar və...”

İranla danışıqların dayandırılmasının tək gunahkarı ABŞ-dır.

7news.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"İran və ABŞ arasında iki ildir danışıqlar aparılırdı. Biz Avropa üçlüyü (İngiltərə, Fransa və Almaniya –red.), Rusiya və Çinlə unikal çoxtərəfli razılaşmaya - Birgə hərtərəfli iş Planına nail olduq. O işləyir. Danışıqlardan çıxmasına və sənəddə iştirakını dayandırmasına görə ABŞ yalnız özünü gunahlandıra bilər. Təhdidlər, sanksiyalar və piar-gedişlər işləməyəcək. İranlılara və beynəlxalq öhdəliklərə hörmət edin”, - Zərif tvitterdə yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən mətbuat konfransında istənilən vaxt İran lideri Həsən Ruhani ilə şərtlərsiz görüşməyə hazır olduğunu deyib.

"Mən bu görüşə inanıram. Əgər onlar bunu istəyərlərsə, mən şübhəsiz ki, İran rəhbərliyi ilə görüşərdim. Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. Amma mən əmin deyiləm ki, onlar buna hazırdır. İndi onlarda vəziyyət mürəkkəbdir”, - ABŞ prezidenti vurğulayıb.

İran ABŞ-la danışıqlara qayıtmaq üçün şərtlərini açıqlayıb. İranın prezident administrasiyasının başçısının müavini Həmid Abutalebinin sözlərinə görə, İranla ABŞ-ın danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.

"Mədəni cəmiyyətlərdə mübahisələrin həlli metodu kimi dialoqa inananlar bunları yerinə yetirməlidir: İranın böyük millətinə hörmət, döyüş əməliyyatlarının ixtisarı, nüvə sazişinə qayıdış. Nüvə sazişinə qayıdış dialoq üçün məcburi şərtdir”, - Abutalebi tvitterdə yazıb.

Xatırladaq ki, Tramp mayın 8-də Vaşinqton nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. Tramp həm İran, həm də İranla ticarət aparan başqa ölkələr barəsində sanksiyaların bərpa ediləcəyini açıqlayıb. Lakin sazişin Avropa üzrə iştirakçıları – Fransa, Almaniya və İngiltərə, həmçinin Rusiya və Çin bildirdilər ki, İranla sazişin şərtlərinə əvvəlki kimi riayət etmək niyyətindədir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ