RU
“Zərifə Əliyevanın əziz xatirəsi bizlərin qəlbində hər zaman yaşayacaq.” – Elşən Musayev
14:36
4161

“Zərifə Əliyevanın əziz xatirəsi bizlərin qəlbində hər zaman yaşayacaq.” – Elşən Musayev

"Zərifə Əliyevanın əziz xatirəsi bizlərin qəlbində hər zaman yaşayacaq.” – Elşən Musayev

"Zərifə Əliyevanın adı o qədər böyük addır ki, bundan sonra əsrlər də keçsə həmin ad Azərbaycan tarixində, azərbaycanlıların qəlbində daim yaşayacaq. Çünki o, bütün həyatı boyunca yalnız xeyirli, faydalı işlərə vəsilə olub, etdiyi yaxşılıqlarla seçilib, müdrik həyat yoldaşı, gözəl ana, görkəmli alim kimi öz adını yaddaşlara həkk edib." – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Zərifə xanım haqda adətən peşəkar həkim kimi danışırlar. Amma bu böyük insan həm də kimsəsizlərin dayağı olub, ona müraciət edənləri, onun köməyinə ehtiyac duyanları heç zaman ümidsiz buraxmayıb.

Zərifə xanımın Azərbaycan elminə gətirdiyi yeniliklər bu gün də aktualdır. Onun kəşfləri, ixtiraları hələ də göz xəstəliklərinin müalicəsində öz əhəmiyyətli rolunu oynayır.

Allah Zərifə xanıma qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. Onun əziz xatirəsi bizlərin qəlbində hər zaman yaşayacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ