Türkiyədə Suriya vətəndaşları xüsusi hazırladıqları bıçaqlı kəmərləri ilə həmvətənlərinə hücum ediblər.
Hadisə Bursanın Osmanqazi rayonunda baş verib. Məlumata görə, 3 nəfər Suriya vətəndaşı H.S adlı bir başqa Suriya vətəndaşının evinə basqın edib. Evdəki qiymətli əşyaları və yüksək miqdarda pulu mənimsəyən qəsbkarlar H.S və qonaqlarını üzərində apardıqları bıçaqlı kəmərlə təhdid ediblər. Daha sonra qaçaraq evdən uzaqlaşıblar. Evin sahibi dərhal polisə məlumat verib.
Hadisə ilə bağlı araşdırmaya başlayan polis qəsbkarları qısa müddətə saxlayıb. Onların üzərində apardıqları soyuq silah müsadirə edilib./metbuat
7News.Az










