“İnsanlarla söhbət zamanı onları inandıra bilməliyik”.
Dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar.
Bunu Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri - dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsində deyib.
Şöbə müdiri bildirib ki, bu, adətən cahillikdən, dini savadsızlıqdan irəli gəlir.
“Biz elə bir biliyə malik olmalıyıq ki, belə insanlarla söhbət zamanı onları inandıra bilək. Xüsusən yerlərdə bu işlərlə məşğul olan şəxslər insanlara təsir edə biləcək bilgilərə malik olmalıdırlar. İcra hakimiyyətində işləyən vəzifəli şəxslər öz bilik və savadı ilə nümunə olmalı, ətrafdakılara düzgün fikir aşılamağı bacarmalıdırlar”, - deyə Z.Nağdəliyev bildirib.
Xatırladaq ki, bu gün Bakıda şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi keçirilib./oxu
7news.az








