Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində terrorçulara qarşı mübarizəni davam etdirir.
7NEWS.azxəbər verir ki, Türkiyə ordusunun Baş Qərargahının məlumatına görə, aparılan anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş PYD, YPG və İŞİD terrorçuların sayı 3393 nəfərə çatıb.
Qeyd edək ki, "Zeytun budağı" əməliyyatlarına yanvarın 20-də başlanılıb. Əməliyyatlar həm havadan, həm də qurudan aparılır.








