Azərbaycanlı üzgüçü Vəli İsrafilov ölkəmizə Tokio Yay Paralimpiya Oyunlarında 11-ci qızıl medalı qazandırıb.
7News.Az-ın xəbərinə görə, 19 yaşlı Vəli 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1:04.86 nəticə göstərərək Paralimpiya rekordunu qırıb.
O bu nəticə ilə qızıl medal qazanıb. Bununla da Azərbaycanın medallarının sayı 16-ya, qızıl medallarının sayı 11-ə çatıb. Ölkəmiz hazırda medal sıralamasında 10-cu sıradadır.
08:30
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında ən gənc atletimiz mübarizəyə qoşulub.
7News.Az-ın xəbərinə görə, 17 yaşlı üzgüçümüz Dana Şandıbina SB13 kateqoriyasında 100 metr məsafəyə brass üsulu ilə yarışda qüvvəsini sınayıb.
Səkkizinci cərgədə mübarizə aparan Dana 1:24.51 dəqiqəyə finişə çatıb. O, səkkiz iştirakçı arasında beşinci olmaqla final mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, bu gün daha bir üzgüçümüz – Vəli İsrafilov (SB12) 100 metr məsafəyə brass üsulu ilə çıxış edəcək. O birbaşa finalda mübarizə aparacaq. Bu yarış Bakı vaxtı ilə saat 14:42-dən etibarən başlayacaq.
7News.Az








