7NEWS.az xəbər verir ki, ötən ilin dekabrında İspaniyanın Madrid şəhərində zibilxanada parçalanmış körpə cəsədi tapılmışdı. DNT testləri körpənin Latın Amerikası mənşəli olduğunu, ananın isə təxminən 40 yaşlarında qadın olduğunu göstərib. Çərşənbə axşamı günü bir ekvadorlu qadın Madriddə polis tərəfindən həbs edilib. Səlahiyyətlilər şübhəlinin Vallekasdakı evində axtarış aparıblar. Adı açıqlanmayan şübhəlinin evli bir uşaq atası olduğu bildirilib. Həbs qan donduran hadisədən yeddi ay sonraya təsadüf edir.