Bakının Zığ qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Saat 00.30 radələrində 10 TR 986 dövlət nomrə nişanlı "Mercedes 190” markalı avtomobilin sürücüsü İsmayilov Turalsürət həddini aşaraq, yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Zamanov İlkin Sədrəddin oğlunu vurub.
İ. Zamanov hadisə yerində dünyasını dəyişib, sürücü isə qaçıb.
Qeyd edək ki, T. İsmayılov piyadanı vurduqdan sonra maşını yol kənarındakı dirəyə çırpıb və onu aşırıb.
Faktla bağlı Suraxanı Rayon Polis idarəsində araşdırma aparılır./oxu
7News.Az








