RU
Zığda tuneli su basdı, yol bağlandı
16:47
408

Zığda tuneli su basdı, yol bağlandı

Bu gün müvafiq qurumlar tərəfindən adıçəkilən ərazidə aparılan işlərdən sonra tuneldə su artıq təmizlənib, yol tamamilə açılıb.

Oktyabrın 17-dən paytaxta yağan güclü yağış şəhərin bir sıra ərazilərində nəqliyyatın hərəkətinə çətinliklər yaratdı.

Yağıntının gətirdiyi problem indi, demək olar, əksər yerlərdə həllini tapıb.
Lakin Zığ qəsəbəsindəki yeraltı avtomobil keçidi artıq iki gündən çoxdur ki, su altında qalıb. Belə ki, drenaj şəbəkəsinin olmaması onu keçilməz edib. Burada yığılıb qalmış suyun dərinliyi çox olduğundan sürücülər alternativ yollardan istifadə etməyə məcbur olurlar.
Suyun dərinliyi burada bir neçə avtomobilin xarab olmasına səbəb olub.
"Su yarım metrdən çoxdur, maşın oraya girən kimi mühərrik sönür. Buna görə də həmin yoldan istifadə edə bilmirik", - deyə sürücülər bildirirlər.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ