"Real"ın çalışdırıcısı Zinəddin Zidan İspaniya La Liqasında aprel ayının ən yaxşı baş məşqçisi seçilib.
7News.Az-ın xəbərinə görə, bu barədə Madrid klubunun saytı məlumat yayıb.
Qeyd edək ki, Z.Zidanın komandası ötən ay oynadığı 6 matçda da qalib gəlib.








