RU
Zika virusu Yaponiyaya da çatdı
21:32
647

Zika virusu Yaponiyaya da çatdı

Yaponiya Səhiyyə Nazirliyinin əməkdaşları bildiriblər ki, Kanaqava prefekturasından olan vətəndaşın Zika virusuna yoluxması tibb işçiləri tərəfindən təsdiq olunub.

7news.Az AzərTaC-a istinadən bildirir ki, 20 yaşlı gənc bədənində səpgilərin əmələ gəlməsindən və temperaturun yuxarı olmasından şikayət edib. Xəstələnməmişdən əvvəl o Braziliyada olub.

Bu, ötən ilin mayında Cənubi və Mərkəzi Amerikada Zika virusunun yayılması qeydə alındıqdan sonra Yaponiyada həmin virusa yoluxmanın təsdiq edildiyi ilk haldır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ