Braziliyada Zika virusunu 20 dəqiqə ərzində aşkarlayan test hazırlanıb
7news.Az xəbər verir ki, Braziliyalı alimlər Zika virusunun diaqnostikası üçün ilk ekspress test hazırlayıblar. İndi bu virusun orqanizmdə olub-olmamasını 20 dəqiqə ərzində müəyyənləşdirmək olacaq.
Əvvələr bunun üçün 2 həftə vaxt tələb olunurdu.
Sistem iki testdən ibarətdir. Birinci test insanın bu virusa neçə müddət əvvəl yoluxduğunu, ikinci test isə müddətdən asılı olmayaraq yoluxma faktını aşkarlayır.
Braziliya hökuməti testi kütləvi satışa çıxarmağa hazırlaşır.
7news.Az








