RU
Zimbabvenin vitse-prezidentinin arvadı onu öldürməyə cəhd edib - FOTO
18:00
332

Zimbabvenin vitse-prezidentinin arvadı onu öldürməyə cəhd edib - FOTO

Zimbabvenin  birinci vitse-prezidenti Konstantino Çivenqinin xanımı ağır cinayətdə şübhəli bilinərək həbs edilib. 38 yaşlı qadın ərini öldürməyə cəhddə ittiham olunur.

Bu barədə "Daily Mail” məlumat yayıb.

İstintaqın versiyasına görə, keçmişdə model olan Meri Çivinqe ərinə təcili tibbi yardımdan imtina edib.

Şübhəli şəxs məhkəməyə başını örtmüş halda gedib.

Onun adı bir milyon dollarlıq korrupsiyada hallanır.

Cütlük səkkiz il evli olub, lakin bu yaxınlarda dövlət xadimi Meri ilə boşanmağa qərar vermişdi. Yayda Çivinqe Çində müalicə alıb. Onun səhhətindəki problemlər qəsdən zəhərlənə biləcəyi ilə əlaqələndirilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ