Baş verən qəza sıxlığa səbəb olub.
Bakının Ziya Bünyadov prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsinin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkət sıxlığı müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.
7News.Az








