RU
Ziya Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
10:16
1128

Ziya Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov avqustun 12-də Ağstafa şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Bu barədə Nəqliyyat Nazirliyindən bildirilib. 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı avqustun 10-da saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

- Tovuz şəhəri, İsmayıl Mürşüdov küçəsi - 44;

-  Qazax şəhəri, Bakı küçəsi - 28;

-  Ağstafa şəhəri, Üzeyir Hacıbəyov küçəsi - 25A.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ