RU
Ziya Məmmədov BMT-nin nümayəndəsi ilə görüşdü
19:41
274

Ziya Məmmədov BMT-nin nümayəndəsi ilə görüşdü

Nazirlik məlumat yaydı.

Bu gün Nəqliyyat Nazirliyində BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Antonius Bernardus Brukla görüş keçirilib.

Bu barədə Nəqliyyat Nazirliyindən bildirilib.

Görüşdə Nəqliyyat naziri Ziya Məmmədov nəqliyyat-yol kompleksində həyata keçirilən layihələr, həmçinin beynəlxalq təşkilatlarla nəqliyyat sahəsində əməkdaşlıq barədə qonağa məlumat verib.

Antonius Bruk Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində BMT ilə əlaqələrin yüksək səviyyədə davam etdiyini və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ