RU
Ziya Məmmədov Neftçalada vətəndaşları qəbul edəcək
13:31
1221

Ziya Məmmədov Neftçalada vətəndaşları qəbul edəcək

Nazirlik məlumat yaydı.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 23-də Neftçala şəhərində Salyan, Biləsuvar və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qeydiyyatı oktyabrın 21-i saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

- Salyan “20 saylı Yol İstismarı İdarəsi” (Salyan şəhəri, 20 Yanvar küçəsi, 1)

- Biləsuvar “21 saylı Yol İstismarı İdarəsi” (Biləsuvar şəhəri, Vaqif küçəsi, 1)

- Neftçala “39 saylı Yol İstismarı İdarəsi” (Neftçala şəhəri, 33-cü məhəllə)./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ