RU
Ziya Məmmədov Nəqliyyat Nazirliyinin qərarlarından birini ləğv etdi
20:55
555

Ziya Məmmədov Nəqliyyat Nazirliyinin qərarlarından birini ləğv etdi

Nazir qərar imzalayıb.

Azərbaycan Nəqliyyat Nazirliyi "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"in təsdiq edilməsi haqqında" 2013-cü il 20 iyun tarixli qərarını ləğv edib.

Bununla bağlı qərarı nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.

Bu qərar avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət qaydalarını müəyyən edirdi./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ