RU
Ziya Məmmədov Qusarda vətəndaşları qəbul edəcək
13:26
1079

Ziya Məmmədov Qusarda vətəndaşları qəbul edəcək

Qeydiyyat başladı.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov fevralın 29-da Qusar şəhərində Şabran, Quba və Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Bu barədə 7News.Az-a nazirlikdən bildiriblər.

Məlumatda qeyd olunur ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı fevralın 25-dən saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılır:

- Qusar şəhər avtovağzalının inzibati binasında;
- Quba şəhər avtovağzalının inzibati binasında;
- Şabran şəhər avtovağzalının inzibati binasında.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ