RU
Ziya Məmmədov vətəndaşlarla görüşüb
14:38
1428

Ziya Məmmədov vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin göstəriş və tövsiyyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov avqustun 12-də Ağstafa rayonunda qəbul keçirib.

7News.az xəbər verir ki, nazir Tovuz, Qazax, Ağstafa rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətlərinə əsasən, Tovuz-Qaraxanlı avtobus marşrut xəttinin Qədirli kəndi ərazsindən keçməklə uzadılması, Ağstafa-Qırılı avtobus marşrut xəttinin uzadılması, Ağstafa – Qaçaq Kərəm yeni avtous marşrut xəttinin açılması, Ağstafa rayonunda müasir tipli avtovağzal binasının tikintisi təklif olunub. Eyni zamanda, Qazax-Qazaxbəli (Yeni qəsəbə) marşrutu üzrə sərnişindaşıma fəaliyyətinə kənar qanunsuz müdaxilələrin qarşısının alınması və nəzaərtin gücləndirilməsi xahiş olunub.

Görülən işlərlə əlaqədar vətəndaşlar tərəfindən minnətdarlıq ifadə olunub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

Ziya Məmmədov vətəndaşlarla görüşüb
Ziya Məmmədov vətəndaşlarla görüşüb
Ziya Məmmədov vətəndaşlarla görüşüb
Ziya Məmmədov vətəndaşlarla görüşüb
Ziya Məmmədov vətəndaşlarla görüşüb

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ