Birinci vitse-spiker Ziyafət Əsgərov deputatlara irad tutub.
7News.Az xəbər verir ki, bu, plenar iclasın ikinci hissəsində bir sıra qanun layihələrinə dəyişikliklərin səsverməsi zamanı baş verib.
Z.Əsgərov zalda 100-dən artıq deputatın olmasına baxmayaraq, səsvermədə 80-yə yaxın deputatın iştirak etdiyini bildirib:
"Səsvermə gedir, diqqətli olun. Zalda 100-dən artıq deputat var. Amma 80 deputat səs verir. Səs verin!”
7News.Az








