RU
Üzməyi bacarmayan 10 yaşlı uşaq anasını batan avtomobildən çıxarıb xilas etdi - FOTO
15:50
479

Üzməyi bacarmayan 10 yaşlı uşaq anasını batan avtomobildən çıxarıb xilas etdi - FOTO

Rusiyanın Krasnoyarsk diyarındakı kənddə 10 yaşlı oğlan özünü və anasını batan avtomobildən çıxararaq xilas edib.

Üzməyi bacarmayan 10 yaşlı uşaq anasını batan avtomobildən çıxarıb xilas etdi - FOTO

7News.Az-ın verdiyi xəbərə görə, bu barədə TVK telekanalı məlumat yayıb.

Belə ki, iyulun 25-də baş verən hadisə zamanı "Mazda Familia" avtomobili dar yolda sürüşərək suya düşüb. Sükan arxsında 38 yaşlı qadın olub, arxa oturacaqda isə onun 10 yaşlı oğlu oturub.
Ön qapıların bloklandığını görən ana özünü itirsə də, oğlan arxa qapını açaraq avtomobildən çıxıb və anasına da çıxmağa kömək edib. Onlar birlikdə sahilə çatıblar, avtomobil isə süyün dibinə çöküb.

Uşaq özünü qəhrəman hesab etmir. O, "sadəcə anasını xilas etdiyini" deyir.

Maraqlıdır ki, qadının sözlərinə əsasən, heç kəs onun oğluna üzməyi öyrətməyib və uşaq daha öncə belə bir vəziyyətə düşməyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ