RU
Zorla evə girən ər arvadını güllələdi - FOTO
18:00
412

Zorla evə girən ər arvadını güllələdi - FOTO

Kocaelidə haqqında uzaqlaşdırma qərarı alınan Səid Parlaqyıldız evinin qapısını sındıraraq həyat yoldaşını güllələyib. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra qatil ər evinin 200 metr uzaqlığında saxlanılıb. 

İddia görə 67 yaşlı Səid Parlaqyıldız zorla evə girərək həyat yoldaşı 45 yaşlı Elif Parlaqyıldızı güllələyib. 

Silah səsini eşidən qonşular polisə və təcili tibbi yardıma xəbər veriblər. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralı qadını dərhal xəstəxanaya çatdırsalar da onun həyatını xila etmək mümkün olmayıb. 

Qatil ər polislər tərəfindən saxlanılıb. 

Hadisə ilə bağlı araşdırmalar davam edir. 

Zorla evə girən ər arvadını güllələdi - FOTO
Zorla evə girən ər arvadını güllələdi - FOTO
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ