RU
“Üzr istəmədim” deyib... Ərdoğana yazdığı məktubu dərc etdi
15:12
518

“Üzr istəmədim” deyib... Ərdoğana yazdığı məktubu dərc etdi

Türkiyədə keçmiş baş nazirin köməkçisi Bülent Arınç prezident Ərdoğandan FETÖ məsələsində üzr istəmədiyini söyləyərək ona göndərdiyi məktubu dərc edib. 

7News.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra verdiyi bəyanatda "Bunu açıq deyirəm, bunu mən çevriliş gecəsi öyrənmişəm" deyə bəyan etmişdi. 

"Milat" qəzetinin müəllifi Serdar Arseven də ötən həftə Arınçın prezident Ərdoğandan görüş tələb etdiyini, mümkün olmadıqda, əfv diləyən bir məktub qələmə aldığını iddia etmişdi. Arınç Arsevenin iddiasına bu gün Twitter hesabında cavab verib. 

Məclislə əlaqəsinin qalmamasına baxmayaraq, TBMM-in qaimələr üçün blankında Ərdoğana yazdığı məktubu dərc etdirən Arınç iddialara sərt reaksiya göstərib. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ