Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Rusiya Federasiyasının vətəndaşı Bəhruz Cəfərovdan şəxsi axtarış zamanı 4,3 qram tiryək və 0,7 qram heroin aşkar edilib.
7news.Az DİN-ə istinadən xəbər verir ki, tədbirlərin davamı olaraq onun Şahağacı kəndində yaşadığı evindən isə əlavə olaraq 3 kiloqram 90 qram tiryək aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı B.Cəfərov və arvadı Rühəngizin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olmaları da müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
7news.Az







