RU
Zükerberqdən “WhatsApp” və “Messenger”lə bağlı qərar
11:58
1100

Zükerberqdən “WhatsApp” və “Messenger”lə bağlı qərar

"Facebook” sosial şəbəkəsinin yaradıcısı və baş direktoru Mark Zükerberq "WhatsApp” və "Messenger” əlavələrini birləşdirmək niyyətində deyil.

Belə bir bəyanatla M.Zükerberq Cənubi Afrika Respublikasının KİV-lərinə müsahibəsində çıxış edib.
 
"Facebook”un baş direktoru hesab edir ki, hər iki əlavə müxtəlif növ ünsiyyət üçün nəzərdə tutulub və hər birinin 1 milyarddan artıq istifadəçisi var.
 
Xatırladaq ki, "Facebook” sosial şəbəkəsi "WhatsApp” messencerini 19 milyard dollara satın alıb. Bu günlərdə isə "WhatsApp” elan edib ki, "Facebook”un istifadəçi məlumatlarını bölüşəcək./lent.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ