RU
Zukerberqə qarşı cinayət işi açılıb
10:11
379

Zukerberqə qarşı cinayət işi açılıb

Almaniyanın Münhen Prokurorluğu "Facebook”un təsisçisi Mark Zukerberq haqqında istintaqa başlayıb.

Prokurorluq istintaqın "xalqı qızışdırmağa qərəzli şəkildə köməkçi olmaq” maddəsi ilə başladığını açıqlayıb.

Zukerberqin sosial şəbəkə istifadəçilərinin yazdığı cinayət çağırışlarına, zorakılıq təhdidlərinə, Yəhudi soyqırımının inkar edilməsinə və digər cinayətlərə göz yumduğu qeyd edilib. 

"Der Spiegel”in xəbərinə görə, günahlandırılanlar arasında Zukerberqlə yanaşı, şirkətin direktoru Şeryl Sandberq, Avropa direktoru Riçard Allan və Berlin direktoru Eva-Maria Kirschsieper də var./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ