Mark Zukerberqin böyük bacısı Rendi "Instaqram” səhifəsində Sankt-Peterburq səfərinin təəssüratları ilə bölüşüb.
"Life” xəbər verir ki, Rendi "Synergy Global Forum”da çıxış edib və asudə vaxtında şəhəri gəzib.
"Rusiyadan sevgi ilə!”, - fotolarının birini belə şərh edən qadın biznesmen burada araq içdiyini də bildirib.
Lakin Rendinin sözlərinə görə, arağın dadı onun xoşuna gəlməyib və o daha çox şəhəri gəzməkdən zövq alıb.
7News.Az








