Bakıda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Cəbrayıl Mustafayev ali təhsillidir. O 2012-ci ildə qəsdən adam bıçaqlamaqda təqsirləndirilib və 3 il müddətə azadlıqdan məhrum edilib. 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb.
Daha sonra təqsirləndirilən şəxs vəsatət verib və barəsində olan cinayət işinin istintaqa qaytarılmasını istəyib: "Mənim verdiyim ifadələrin hamısı dəyişdirilib, işim ağırlaşdırılıb. Ona görə də barəmdə olan cinayət işini yenidən araşdırılması üçün prokurorluğa qaytarılmasını istəyirəm”.
Hakim bildirib ki, bu məhkəmənin hazırlıq iclasının predimenti olmadığından vəsatət baxılmamış saxlanılır.
Məhkəmə baxışı noyabrın 6-a təyin edilib.
İttihama görə, Səbail rayonunda Cəbrayıl Mustafayev əvvələr qeyri-rəsmi münasibətdə yaşadığı 1989-cu il təvəllüdlü Raziyyə Verdiyevanı bıçaqlayıb.
Raziyyə ilə Cəbrayılnın qeyri-rəsmi münasibətlərin azyaşlı övladları var. Uzun müddət imiş Raziyyə övladını Cəbrayıl Mustafayeva göstərmirmiş. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və hadisə baş verib.
Zərərçəkmiş şəxs Bakıda fəaliyyət göstərən barların birində çalışıb.
7news.Az








