RU
Özündən 43 yaş kiçik qadını parkda bıçaqladı
12:50
106

Özündən 43 yaş kiçik qadını parkda bıçaqladı

Göyçayda 21 yaşlı qıza parkda xəsarət yetirilib.

 1959-cu il təvəllüdlü Elbrus Əliyev şəhər ərazisində yerləşən parkların birində 2002-ci il təvəllüdlü C.İsmayılova ilə mübahisə edib. Mübahisə zamanı C.İsmayılova E.Əliyevin ünvanına nalayiq ifadələr işlədib. Sonuncu bundan əsəbləşərək qadına üzərində daşıdığı bıçaqla xəsarət yetirib. 
Ətraflı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub:

"Keçirilən tədbir zamanı ona rayon sakini Elbrus Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır".


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ